“Zehni” əlillik
Bu gün Beynəlxalq Əlillər günüdür. 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Birləşmiş Millətlər Təşkilatı bizimlə eyni cəmiyyətdə yaşayan əlil şəxslərə diqqət çəkmək, onların hüquqlarını qorumaq və cəmiyyətin bərabər hüquqlu üzvi olması məqsədilə bu günü Beynəlxalq Əlillər Günü kimi qəbul edib.
Uşaqlıdan
biz əlil şəxslərə yazıq kimi baxmışıq, onlara toxunmamalı, mərhəmət göstərməli amma
onların yaxın çevrəmizə daxil olmasına icazə verməməli idik. Əgər bir ailədə
şikəst uşaq doğulursa, həmin uşağı saya almırlar. O, məhdud çevrədə yaşamalı
bizim kimi normal insaların hüzurunu pozmamalı və mane olmamalıdır. Bu günlərdə
bankda növbə gözləyirdim, baxmayaraq ki, tanışlar məni növbəsiz qəbul etməyi təklif
etdilər amma ətrafımda məni kimi saatlarla növbədə duran adamların haqqını
pozmamaq üçün hamı kimi öz növbəmi gözləyirdim. Hər kəs eyni hüquqa malikdirsə,
mən və ya başqası özümüzü niyə başqa təbəqəyə aid etməliyik ki? Məndən bir az
uzaqda yanında balaca qız uşağı olan gənc xanım dururdu. Onun yanında duran bir
nənə uşağa konfet uzatdı, uşaq götürmək istəyəndə əlindən yerə düşdü, anası ona
“suruvatsanmı” deyib acıqlandı və itələyib konfeti götürüb əlinə verdi. Bu səhnəni
görən bir iki adamda buna gülməyə başladı. Mənim yanımda duran qadınlar uşağa və
anasına baxıb sakitcə donquldayırdılar “ bunu niyə yaradırdın, heç olmasa oğlan
yaradardın, sabah bir kasıbın qızını alardılar, o qədər arvad alan şikəstlər
var ki”. Bu insanlara baxıb fikirləşirdim, doğurdanmı bu insanların bədəninin
üstündə duran başlarında ağıl yoxdur? Hər şey çox sadədir, uşaq əlildir və bunu
hamıdan yaxşı onun anası bilirdi ki, onun uşağının fiziki problemi var və onu
incitmək olmaz, əgər öz uşağının fiziki qüsurundan bu qədər əziyyət çəkirsənsə
onu “insan üzünə çıxarma”, bu dünyayı dərk edə bilməyən qüsurlu uşaq axı niyə həmdə
cəmiyyətdə bu qədər aşağılanmalıdır? Əlil uşağın hərəkətinə gülən və mənim
yanımda donquldayan qadınların sifarişi və hərəkəti mənə heç bir şəkildə
çatmadı.
Əlil
şəxslərin hüquqlarının qorunması ilə bağlı konvensiyanı Gürcüstan çox yaxın
tarixdə 2014-cü ildə qəbul edib. Ümumiyyətlə səhiyyə Gürcüstanda ən son
prioritet sayılan sahədir. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən
qüsurlu insanlar təşkil edir. Ölkəmizdə
on mindən çox əlillik yardımı alan uşaq var. Əlil şəxslərlə bağlı sosial və
tibbi modellər mövcuddur. Sosial model onları cəmiyyətin üzvi kimi qəbul etməyi,
işlə təmin edilməsini, tibbi model isə onların cəmiyyətin yararsız və xəstə
üzvü olmasını nəzərdə tutur. İstər yerli istərsə mərkəz hakimiyyət əlil şəxslərin
hüquqlarını daima arxa plana salır, onlar hələdə özlərini cəmiyyətə adaptasiya
edə bilməyiblər. Sosial model dünya təcrübəsində geniş tətbiq edilir amma
Gürcüstanda isə hələ sadəcə tibbi model tətbiq edilməkdədir. Keçən il, Marneuli
büdcəsinin müzakirəsi zamanı yerli məmurlar yaxın günlərdə əlillər üçün lazimi
xidmətlərin meriyanın birinci mərtəbəsinə köçürülməsini bildirdi. Zehni
baxımdan əlil məmur başa düşmür ki, əlillik cəmiyyətdən təcrid olunmaq deyil, məmur
anlamır ki, onların da üçüncü mərtəbəyə çıxması üçün şərait yaradılmalıdır və
bu hərəkət onlara qarşı diskriminasiyadır. Biz özümüzü bu cəmiyyətin normal
insanları hesab edirik amma zehniyyətimiz isə doğurdan da şikəstdir. Biz normal
ağlımızla insanları sosial təbəqəyə bölmüşük və anlamırıq ki, bizim kimi
formaya malik olan “digər” insaların da arzuları, xəyaları, tələbatları var.
Biz onları vəhşicəsinə qəfəsə salıb bir heçə çevirmişik.
Bu
gün 3 dekabr tarixində eyni zamanda ABŞ-da Roza Parks adlı qara dərili xanım
avtobusda ağ dərili kişiyə yer vermədiyinə görə həbs edilmişdir. Dünya uzun
müddətdir ki, fiziki qüsurluqdan, əlillikdən deyil əqli qüsurluqdan əziyyət çəkir.
Comments
Post a Comment