Kasıb qızın acı dramı və arzuları


Arzuların əsirinə çevrilmiş bu qızcığaz real həyatdan uzaqlaşıb özünə mənasız xəyal dünyası qurmuşdu. Erkən yaşında atasını itirən və anasının himayəsində böyüyən bu qız həyatda yaşamağın və ailə dolanışının nə qədər çətin olduğunu anlamayır öz boş xəyallarıyla yaşayıb ömrünün xoş təravətli uşaqlıq illərini bədbin düşüncələrinə qurban vermişdi.
Amma lap dərindən düşünsək bəlkə də bu taleysiz gəncə haqq qazandırmaq olar, özündən böyük bir bacısıda vardı kasıbçılıq bu körpə bacını da susdurmuşdu, arzularını şüşə parçası kimi çilik – çilik etmişdi. Çox çətinliklə yaşam tərzləri olub, soyuq boş ev, bir qarını ac bir qarını tox, başqa uşaqlar kimi boş vaxtını keçirmək üçün bir oyuncaqı da yox, ürəyindən keçən şirniyatı belə almağa pullari olmayan sadəcə hər şeyi xəyalından keçirən bu zavallılar hər şeyi bir qırıq pəncərə arxasından izləyirdilər. Maddi vəziyyətləri o qədər pis idi ki, uşaqlar normal qidalanmadıqları üçün xəstə idilər, psixoloji durumları da düzgün deyildi.
Xeyir sevən insanlar onlara həm maddi həm mənəvi dəstək olurdular, ancaq nə faydası bunların heç biri zavallı gənclərin qəlbinə məlhəm olmurdu, bir anlıqa gözləri təbəsssümlə, qəlbləri fərəhlə dolurdu ki, biz kimsəsizləri də Allahın bir kimsəsi yad edir,yanaqda donan göz yaşını qelblerindəki alovlanan kədər, gözlərində isti bulağa dönüb donan sevinc yaşını əridirdi. Bir neçə dəqiqəlik sevinc xoşbextlik sonradan sükuta dönürdü, sıgındıqları bir yalqız ana bir də göydəki Uca Allah idi.
Məktəbdə oxumaq balaca qızın arzusu idi, Allahı sevib hər gün ona səcdə edən kəslər bu qızın arzusunu çin etdi, təbii ki indiki dövrdə vicdan, şərəf, ləyaqət, iman belə insanlar da qalıb. Hamının uşağı kimi o da məktəbə getdi, elə ilk gündən məktəbə açılan yolları onun üçün yeni bir iztirabların başlanğıcı idi. İlk gündən yeni məktəbdə yoldaşlarının gülüş hədəfinə çevrildi, yoldaşlarının paltarları bahalı gözəl idi, bu qızcığazın geyimi isə köhnə, dəbdən düşmüş, ayaqqabılarının cırıq olmasını isə gizlədə bilmirdi, kənara çəkilib rahatlanacan ağlayırdı, hər addımı onu həyatdan daha da küsdürüdü. Yoldaşları bufetdən özləri üçün nəsə almağa gedirlər yeməyə, onlarla addımlayıb gedir, öz özünə sual verir bəs mən hara gedirəm mənim pulum yoxdu? sadəcə həsrət dolu baxışlarla həmyaşıdlarının əllərindəki şirniyyatlara baxa baxa qalır, körpə uşaq qəlbi necə çəksin bu ağırlıqları, Müəllimlərinin acığına gəlirdi dərsə zəngdən sonra gəlməsi, ancaq heç kim hətta müəllimləri belə onu başa düşmür acılarını,çəkdiyi iztirablarını anlamırdılar. Müəllimlərinin bu sözləri hələ bir nə kitabı var nə dəftəri, üstəlik də kefinə bax, sənin kimilərin yeri məktəb deyil. Nə etsin yazıq heç kef görüb ay vicdansız, bəli bunun kimilərinin yeri yoxdu bu dünyada, çünki insanlar vicdanını pula satıblar, onlar nə anlayar təmiz insan qəlbinin ağrı acılarını, toxun acdan nə xəbəri. Bu yoluda burada yarımçıq qalır bəxtsiz qızın.
Boyunu bükük qalan uşaq, göz yaşlarını içinə töküb yaşayır, bala anasını incidməmək üçün, ana da balasını incitməmək üçün biri birilərindən gizli evin soyuq bir küncünə çəkilib, talelərinin qara olmasına aglayırlar. Hamı eşitməz olub, görməz olub bu kimi insanların gözlərinin, ürəklərinin içinə kök salan dərdi qəmi.
Artıq hər kəsdən ümidləri üzülmüş uşaq özünü mənasız xəyal dünyasının ağuşuna atıb, onlarında hamı kimi yaxşı evləri var, soyuducular var içində də cürbəcür yeməklər, özünün otağı içindədə çoxlu oyuncaqları, həmyaşıdları kimi bahalı gözəl paltarları daha nələr nələr...ən
Hər ötən gün daha da kədər dolu dəqiqələrlə başlayıb, beləcədə sona yetirdi.
Kamran Mamedov and İsrail Maharramov

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!