Özgə dünyanın tənha sakini


Qarlı qış gecəsi idi. Bir yandan şaxta, bir yandan da küləyin əsib coşması, gecənin qaranlığında kabus kimi pəncərəni döyüb taqqıltatması şirin yuxuları gözlərdən qovmuşdu. Hamı soyuq qış gecəsinin dəhşətli soyuğunda şaxtanın məhbusuna çevrilmiş kimi evin bir küncündə oturub, hər kəs qara fikirləri qovmaq üçün başını bir şeylə qatırdı.
Nədənsə heç insan səsi eşidilmir. Yaxın qonşulardan belə səs gəlmir, elə bil hamıya əmr olunub ki, danışmaq olmaz.
Divanın künc tərəfində xalçanın üstündə hardasa 17 -18 yaşında sarışın bir qızcığaz oturmuşdu, otaq qaranlıq olduğundan hər şeyi aydın görə bilmirdim, pəncərədən düşən şimşəyin işıqı onun üzünə düşür, diqqətimi ondan çəkə bilmirdim, gözləri dolmuşdu. Mən onu bir neçə dəqiqədən bir şimşək çaxanda üzünü və onun nə fikirləşdiyini görür və hiss edirdim. Yanaqlarından damcı ilə axan yaş şimşək işıgında gümüş kimi gözlərində parıldayırdı, onun gözlərindən elə yaş axırdı ki, amma heç nə səsi gəlirdi, nə də kin üzündə heç bir tərpəniş yox idi. Artıq bütün fikrim onun bu qəribə axıtdığı göz yaşlarına dikildi. O ağlamir deyəsən...bəs niyə gözünün yaşı yağış suyundan daşmış xram suyuna bənzəyir. Onun əlində bir dənə kitabda vardı, kitabı sinəsinə sıxmışdı, ən azından insanı düşündürür ki, o kitabda nə var ki elə sanki onu kimsə əlindən alacaq ya da ki bayırda qapan tufan küləyin qanadına alıb onu çox uzaqlara, o yerlərə aparacaq ki birdə o kitabını tapa bilməyəcək.
Mən bu evə qonaq gəlmişdim, amma heç də qarşılaşdıqım səhnə məndə xoş təsurat yaratmadı, bilmirəm günahı qəribə qış gecəsindəmiaxtarmaq olardı yoxsa...
Mən də stulda oturub ah çekirəm, bu cür qəribəlikdən heçnə anlamıram. Sonra hərə öz otaqına çekildi, mənə də bir otaq göstərdilər, otağa daxil oldum, otağın eyvanı ilə üzbəüz beş on metrlik məsəfədə yerləşən otağında eyvanı vardı, qapı açıq olsada otaqda parıldayan şam işığının zəif işığında otaqda kimin olduğu görünmürdü, sonra bir kölgə eyvana tərəf gəldi və aşağıya sarı çöküb yerdən oturdu, mən onun hərəkətlərini şimşək çaxanda görürdüm, o bayaq divanın qarşısında oturub ağlayan qız idi.Nə olmuşdu axı bu gənc qızcığaza, dərdi nə ola bilərdi, görəsən xətrinəmi kimsə dəyib? Gecəni səhərə kimi yata bilmədim, içimdən gələn suallara heç bir cavab belə tapa bilmədim.Bu qəribə gecə elə qəribə anlarla da səhəri açdı.
Günəş hələ şərqdən yenicə doğurdu, açıq səma,sərin meh,axşamdan yağan yağışın damlalarının otların üstündə gümüş kimi parıltısı,quşların xoş nəğmələri, həyətdə əkilən çiçəklərin ətirli qoxusu səhər səhər adama çox xoş təsir bağışlayırdı. Təbiətin gözəlliyi adamı lap valeh edirdi.
Dünənki covğun, məndə elə təssəvvür yaratmışdı ki bir daha səhərin belə gözəl açılmasını görmək mənə qismət olmayacaq.
Məni bu təsirdən asta –asta atılan ayaq adımları oyatdı. Dönüb arxaya baxanda bir qızın həyətə tərəf gəldiyini gördüm, bu gecədəki qız, ağlayan qız, heç üzünü dəqiq görməsəmdə o dəqiqə hiss etdim ki bu o qızdır, o da səhəri mənim kimi oyaq keçirmişdi, gözləri qızarmışdı, gözünün ətraflarında şişlərdə vardı,dodaqları quruyub çatlamışdı, əyninə də köhnəlmiş libas geyinmişdi, saçları da dağınıq halda.Elə bil üzünün təbəssümü dərin quyuda dəfn edilib. Mən bu evdə bir neçə gündür ki, qonağam amma bu qızdan heç baş açmıram, heç bir şeyə qarşılıq vermir.
Evin adamları oyanıb həyətə endilər, səhər yeməyini hamılıqla bərabər evin alt eyvanında etdik, mənim nəzərim yenə o qızda idi, qaşlarını çatıb süfrənin arxasında başını aşağı sallayıb oturmuşdu, öz – özünə nəsə fikirləşirdi, gözlərini bir nöqtəyə dikib.Sonra ayağa qalxıb baxçaya tərəf getdi, axşam yağan yağış əsən külək baxçadakı güllərin kimisinin çiçəklərini tökmüşdü kimisinin qol budağını sındırmışdı, o qızcığaz sevə - sevə incəliklə gülləri nizama salırdı, üzündə xoş təbəssüm vardı. Onun əhvalının yaxşı olduğunu görüb məndə baxçaya onun yanına getdim. Yanına yaxınlaşanda mənə baxıb gülümsündü.
__ görürsən güllərim nə hala düşüb, mən hər gün sevə - sevə onlara qulluq edirəm ki həyətə gözəllik versin.
__ belə çox sevirsən gülləri?
__ hə, lap çox, çox sevirəm hər şeydən çox, həmdə lap çox.
Elə bu sözləri deyib məndən uzaqlaşıb meyvə ağaclarının altına tərəf getdi.
Məndə həyətdə tək dolaşmaqdan yorulub, məhləyə çıxdım, bu tərəflərdə hamını elə də yaxından tanımırdım, bir neçə dəfə yolla aşağı yuxarı getdim, yenə təklikdən bezib evə qayıtdım. Beynim yorulmuşdu öz – özümə verib cavab tapa bilmədiyim suallardan. Otağıma keçib uzandım, mənim babamdan mənə xatirə gümüş bıçaq qalıb həmişə cibimdə gəzdirirəm bıçağın üzərindəki naxışlara baxa - baxa elə orada axşama kimi yatıb qalmışam, bir neçə dəfə məni oyadıblar hiss etməmişəm, yuxudan təngi nəfəs ayıldım, yuxuda yenə o qızı görmüşdüm, ağlaya –ağlaya qaçırdı məndə onu saxlayıb sakitləşdirmək üçün arxasınca qaçırdım, məndən uzaq durun, arxamca gəlməyin, rahat buraxın məni gedirəm deyə deyə qaçırdı irəlidə uçurum vardı, mən daha da sürətlə qaçdım ki onu saxlayım çata bilmədim o dərənin dərinliyinə qərq oldu, aşağı dumanlı idi səsi qaldı sadəcə qulağımda, elə o səsə də ayılmışam, tez yerimdən durub pəncərədən həyətə baxdım hamı həyətdə bir işlə məşğul idi, amma Aişəni görmədim, həyacandan qorxudan əsirdim dilim söz tutmurdu danışmağa, çox qorxurdum nəsə bir hadisənin baş verdiyindən, dərindən nəfəs alıb özümü tarazlamağa çalışdım.
Su içmək üçün aşağı endim, dəhlizdə divanda Aişəni yatırdı, halım çox gərgin idi mənə elə gəldiki o ölüb yavaş yavaş yanına yaxınlaşdım bayaq gördüyüm yuxu gözümün qarşısına gəldi, üzərindəki yorğançanı üzündən aşağı endirdim ki, doğrudanmı ölüb, elə bu vaxt səksənib ayıldı qorxmuş halda gözünü üzümə dikdi.
Yerimdə donub qalmışdım, heç bir söz deyə bilmədim, bıçağın asılqanından qolumdan asmışdım elə qolumdada qalıb əlimə baxdı gözlərini yerə dikib otaqdan çıxdı. Nə olduğunu heç özüdə başa düşmədi, mənsə əslində necə olduğunu ona deyə bilmədim, bıçaqda əlimdə, tez mətbəxə keçib bir stəkan su içib sakitləşə bildim.
Həyətdən Nəcəf dayı məni səsləyirdi, özümdə cəsarət tapıb cavab verə bilmədim, yenə səslədi beynim çox qarışıq idi yerimdən tərpənə bilmirdim, yanıma yaxınlaşıb
__ Səni səslədim pəncərədən baxıb içəridə olduğun üçün gəldim niyə cavab vermədin, nə olub sənə çox həyacanlı görünürsən
Əlini alnıma qoyub
__ Elə bil istin də var. Xalanı çağırım sənə dərman versin bir az sakitləş.
__ Yox, yox narahat olmayın, yuxudan ayılanda mən həmişə belə oluram, bıçaqıda tez cibimə qoydum.
Mənə fikir verməyib həyat yoldaşını səslədi, o da tez içəri gəldi, üzümə baxdı, yoldaşı istilik dərmanı gətirməyi xahiş etdi qızı Aişəni də su gətirmək üçün səslədi. Aişə əlində su gətirib içəri gələndə özümdən asılı olmayaraq özümü itirdim, yenə mənə pis nəzərlərlə baxırdı, stəkanı əlindən götürəndə əlimdən yerə düşdü amma sınmadı, atası yenidən bir stəkan su gətirməyini istədi, amma bu dəfə kiçik bacısı gətirdi. Mənsə çox pərt olmuşdum, belə ifadə edə bilməzdim. Hələdə yuxunun təsirindən ayıla bilməmişdim.
__ Mən bir az dincəlsəm yaxşı olar, narahat olmayın hər şey yaxşıdı deyib getmək istəyəndə Nəcəf dayı saxladı
__ İndi yemək vaxtıdır bir az çörək ye sonra dincələrsən, heç nahar da etmədin, bu arada səni bacımla və uşaqları ilə də tanış edəcəm.
__Çox sağolun ac deyiləm bir az dincəlib gələrəm deyib otağıma getdim.
Nəcəf dayı mənim atamın tələbə yoldaşı həmdə ən yaxın dostu idi. Biz şəhərdə yaşayırdıq, atam kənd həyatını görməyim üçün məni bir aylığına buraya göndərmişdi. Nəcəf dayı çox mədəni, ziyallı bir insan idi. Burada qaldığım gün ərzində o mənə xoş təsir bağışlamışdı. Amma ki, bir az əvvəl xoşa gəlməyən anlaşılmamazlıq məni dəli edirdi. Pərdənin yan tərəfindən həyətə baxdım, ailəliklə birdə yaxın qohumları Nəcəf dayının bacısı və uşaqları birgə şam edirdilər, Aişə məni gördü, tez pəncərədən geri çəkildim.,Otaqda o tərəfə bu tərəfə gedib gəlməkdən yoruldum, həmdə ayıb olar içəridə durmaq düşüm aşağı qonaqlara heç olmasa xoş gəlmisiniz deyim, bir az pis fikirlər məndən uzaqlaşsın. Özüm özümə təsəlli verirdim narahat olma nə olub ki özünə əziyyət verirsən, Nəcəf dayı mənim xasiyyətimə çox yaxşı bələddir, özünü ələ al deyə - deyə həyətə endim.
Qonaqlara tərəf baxıb
_ Axşamınız xeyir, xoş gəlmisiniz!
_ Çox sagol oğlum səndə xoş gəlmisən bizim elə.
deyib xanim ayağa qalxıb mənlə görüşdü.
Hall əhvalımı soruşdu, ordan burdan şirin maraqlı söhbət etdik.
Hər şey yaxşı görünsədə, mən heç də özümü yaxşı hiss etmirdim.
Sonra qonaqlar sagollaşıb çıxdılar, evdə olanlarda hər kəs qalxıb öz otağına çəkildi.
Səhəri eyniylə həmişə kimi açdıq, hər gün təkrar şeylərdən artq bezmişdim, evə qayıtmaq istəyirdim. Səhər yeməyindən sonra Nəcəf dayı məni yanına çağırıb:
__Atan mənə zəng vurmuşdu, imtahanlara hazırlaşmaq lazımdır dedi səni elə bu gün yola salmağımı xahiş etdi. Çox istəyərdim burada daha çox qalardın, amma neynəmək olar İnşallah gələn il yenə gələrsən, buraların hər qarışını sənə gəzdirəcəm.
Bu xəbər mənim lap ürəyimdən oldu, bu gün elə getmək haqqında düşünürdüm.
__Yenə gələrəm xoşuma gəldi sizin yerlər.
__Çox şadam ki razı qaldın. Artıq hazırlaşmaq vaxtıdır, şəhərə bir neçə saatlıq yoldur, nə qədər tez çatsan daha yaxşıdır.
Mən çox şad idim, tez tələsik əşyalarımı toplayıb həyətə endim həyətin sağ tərəfində kiçik otaq vardı orada bir neçə əşyam vardı onları da götürüb çıxanda qapının üst hissəsində heç kimin nəzər yetirmədiyi bir kitabça vardı, mənə tanış gəldi bu kitab bu o qızın idi, əşyalarımın içinə qoyub çıxdım. Hamıyla görüşüb sagollaşıb çıxdım. Nəcəf dayı öz maşını ilə məni rayona aparıb ordan şəhərə yola salacaqdı. Maşın tərpənəndə mən arxaya baxıb əl ellədim, Aişə çox məsum baxışlarla maşının dalınca baxırdı. Sanki baxışları deyirdi ki mən də uzaqlara getmək istəyirdim məni də aparın buralardan.
__Yol boyu burada keçirdiyim günləri təhli edirdim, bir bir xəyalımdan keçirirdim. Nəcəf dayı mən yola saldı.
Atana anana salam söylə yenə gözləyirəm səni, Allah uğurlu yolçuluq etsin sənin üçün.
__Çox sagol görüşənədək, salamınızı çatdıracam mütləq.
Uzun yoldan sonra nəhayət evə çatdım, evdəkilərlə görüşüb söhbətə başladım, orada qaldığım günlər də nələr baş verdi o haqqda söhbət etdim.
Bir neçə gündən sonra yadıma düşdü ki, mən kitabça tapmışdım orada nə yazılıb görəsən. Bəlkədə günah etdim başqasına aid olan əşyanı götürdüm, amma o evə ayaq basandan mənim üçün çox maraqlı idi bu kitabça.
Çox həyacanla açdı, bilmirdim hardan oxumağa başlayım, qəribə şəkillərdə vardı ancaq heçnə anlaya bilmədim, görününürdü çox fəlsəfi mənası var, daha çox qara güllərlə bəzədilmişdi vərəqlər,bes niyə qara güllər? Çiçəklərin dibinə göz yaşları axırdı, ona yeqin ona görə qara çiçək açırdı güllər amma mənası nə idi, heç cür anlaya bilmirdim. Şerlərindən biri belə idi:
Bir sabah yuxudan durub
Qanad açıb uçmaq istərdim.
Həyata başqa gözlə baxıb
Özümün yerinə birini qoyub
Mən bu dünyadan getmək istərdim.
Arzu karvanına qoşulub
Başqa aləmə düşmək istərdim.
Tək qalıb öz aləmimdə,
Fani dünya üçün darıxmaq istərdim.
Mən də adi insan kimi,
Bu dünyanı sevib
Firavan yaşamaq istərdim.
Yazılarının əksəriyyətində tənha olduğundan və bu dünyaya gəldiyindən şikayətlənirdi, ona hamı yaddır bu dünyada, onu anlayan, dərdini söyləyə biləcək bir dostuda yoxdu. Sonralar kiməsə vurulduğu haqqda da söhbət açır, həyatın qara üzü onu saf təmiz sevgisindən məhrum edir, çoxlu şerlər yazmışdı sevdiyi kəsə, həmin kəs göstərilir ki, sadəcə o idi onu bu dünyaya bağlayan, bu dünyanı, yaşamağı ona sevdirən, Bir müddət keçir nişanlanırlar, günlərin bir günü nişanlısı tarlada günəş altında uzanibmış, qəfildən ilan vurur. Tarlanın ortsaında heç kimdən xəbərsiz iki gün orada qalır, amma ölü halda, bu xəbəri ona söyəmirlər, müvvəvəqəti olaraq uzaq yerə getdiyini söyləyirlər, amma elə bil ürəyinə danmış kim, hər gün onu sayaqlayırdı, aradan bir neçə vaxt keçəndən sonra bayrama yaxın qəbirüstünə çıxanda təkidlə bu da gedir, nə qədər qoymaq istəmələrsədə, yeni gedir, çox sevdiyi nənəsinin qebir üstünə həyətdə əkdiyi güllərdəndə dərib aparır. Hamını başı öz ölülərinə qarışan an Aişə qəbirstanlığı gəzirdi, uzaqdan bir qəbirin üstündəki şəkil ona tanış gəlir, yaxınlaşanda gözlərinə inanmaq istəmir, həmin yerdə özündən gedir,iki gündən sonra həkimlərin köməyi ilə ayılır, bundan sonra bir neçə vaxt xəstəxanada həkim nəzarəti altında qalır, olanlar onu çox məyus etmişdi, bir neçə vaxtda psixoloq yanında müalicə olur, çəkdiyi acılar çox böyük olur ki,yazır: elə acı dır ki, onu sözlə ifadə etməyi bacarmıram, sadəcə ümidsiz, tənha, xəyallarla yaşayıram, mən bu dünyanı tərk etmək istəyirəm, heç vaxt sevməmişəm bu dünyanı, bir vaxtlar sevdim çünki bu dünyada sevdiyim biri vardı, indi o yoxdur, mən hər an ölümü gözləyirəm qonaq kimi, nə vaxt öz evimə gedəcəm diye o anı gözləyirəm, onun ölüm günü mən uca qaya başından quş kimi qanad açıb göylərə qalxacam, iyun ayının 4ü günü gözləyirəm.
Mən bu kitabçayı oxuyanda inanılmaz hala düşdüm, çox qəribə aurası vardı, özündə bilmədən təsirinə düşürsən. Birdən yadıma ayın tarixi düşdü, aaa bu gün ki ayın 4 dür, yerimdən dik atıldım, evdə heç kim yox idi, həyətə qaçdım dəli kimi o tərəfə bu tərəfə qaçırdım, birdən darvazanın qapısı açıldı atam keksiz halda içəri daxil oldu, mən tez qaçıb ata Aişə... deyib dondum sözümün dalı gəlmədi. Atam:
__Nəcəfin qızı Aişənin ölüsünü dərədən tapıblar, nə baş verdiyi heç kimə məlum deyil.
Ürəyimədə sakitcə mənə məlumdur. Çox pis oldum bu xəbəri eşidəndən sonra.
Atamdan xahiş etdim ki, məndə getmək istəyirəm səninlə Nəcəf dayı gilə, çox xahiş edirəm. Atam razılşdı, səhəri yola düşdük biz çatanda artıq Aişəni dəfn etmişdirlər. Mən Aişənin kitabçasını özümlə aparmışdım, əvvəl fikirləşdim ki, ailəsinə qaytarım sonra fikrimdən daşındım. Qadınların ahu şivən səsləri, söylədikləri şerlər mənidə kövrəltdi, hamıdan yaxşı demək olar ki Aişəni mən tanıyırdım kitabçanı oxuyandan sonra. Səsizcə otaqdan çıxıb həyətə endim, həyətdəki çiçəkləri Aişə əkmişdi, bundan sonra onları kim incəliklə nazını çəkəcək. Mən qəbirstanlığın harada olduğunu öyrəndim, və getmək qərarına gəldim, çoxda uzaq deyildi, Nəhayət Aişənin qəbrini tapdım, torpağın nəmi hələ qurumamışdı,üstünə çoxlu gül dəstələri düzmüşdülər. Mən kitabcanı çıxardım:
__Bəlkədə sən onu axtardın, amma bağışla ki, onu mən götürdüm, yenə sənə qaytarıram Bilirəm sənə çox əzizdir. Mən torpağı altına basdırdı Aişənin kitabçasını, yadıma qəribə gecə adı qoyduğum yağışlı hava düşdü Aişə kitabı elə bərk bərk tutmuşdu ki, sanki dünyanın sonuymuş kimi, bərk sinəsinə sıxıb, hara getsədə ayrılmaq istəmirəm deyirdi kitabcasından. Mən Aişənin kitabda qeyd elədiyi adamın da qebrini tapdım, Aişənin qebrinin torpqğından həmin bu qebrin üstünə tökdüm, qebrin üstündə Aişəgilin həyətlərindəki güllər düzülmüşdü, amma bir neçə gün əvvəl qoyulduğundan artıq solmuşdu. Mən indi hər şeyi anladım niyə Aişə həyətdəki gülləri belə sevərək qulluq edirdi. İndi anladım hər şeyi

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!