Vətənsiz qəriblər


Ağır müharibə dövrü idi. Xalq öz yurd yuvalarını doğma torpaqlarını tərk edib gedirdilər. Ölkədə aclıq, xəstəlik hökm sürürdü, düşmən əsgərləri ölkəyə soxulub xalqın var- yoxunu talan edib ölkəyi xarabaya çevirirdi. Anaların fəryadı, körpələrin ağlamaqları biri – birinə qarışmışdı. Ölkənin şərq hissəsində vəziyyət daha dözülməz həddə çatmışdı.İnsanlığa qarşı hər çirkin əməli törədən düşmən əsgərləri körpələr belə acımayıb öldürürdülər. Ölkəni xaos bürümüşdü.
Birdən iki tərəfli atışma səsi gəldi hamı təcübləndi ki görəsən bizə köməyə gələn kimlərdi. Ölkənin şərq hisəssində qonşu ölkədən bir qrup könüllü dəstə insanlara köməyə gəlib,amma onları heç kəs tanımırdı ki,kimlərdi əllərində silah düşmənə qarşı vuruşurdular.
İnsanlara çox səmimi davranırdılar, onların qolundakı qara bağlar hamının diqqətini cəlb edirdi, ancaq kimdirlər haradan gəliblər heç kimə məlum deyildi, əslində heç bunu müzakirə etməyin də yeri deyildi, caamat qorxu içində idi, gecə yatmağa belə qorxurdular,
Artıq 10 gün keçmişdi çoxlu sayda olan bu qərib döyüşçülər insanlara kömək edirdilər.Onları düşmən işgəncələrindən xilas edirdilər.Əhali onlara öz evlərində sığınacaq və yemək verdilər. Amma dillərindən heçnə başa düşmək olmurdu, bir neçəsi yaralanmışdı və ikisidə ölmüşdü kənd camaatı xüsusi bir yerdə həmin əsgərləri dəfn etdilər.
Gecə olanda biri-birilərini növbə ilə dəyişirdilər bir neçə yerdə pusqu qurmuşdular növbə ilə yatır,qalxır, yemək yeyirdilər, insanlarla səmimi davranırdılar,uşaqların başına sığal çəkib üzlərinə gülümsəyirdilər. Onların gəlib bizi qorumaları bir möcüzə idi. Çoxları elə fikirləşirdilər ki,bu əsgərləri Allah tərəfindən göndərilmiş mələklər idi bəlkə də elə idi bəlkədə yox
Bir aydan artıq idiki onları mühasirədə saxlayırdılar və düşmən əsgərləri bu qərib əsgərləri məğlub edə bilmirdilər.
Səhər dan yeri yeni sökülürdü güclü atışma baş verdi,güləllər göydə alov kimi pardlayırdı, səhər səs küydə qışqırıq səslərindən qulaq batırdı.Düşmən əsgərlərinə yardım yeni tanklar gəlmişdi,günorta saatına kimi atışma oldu.Qərib əsgərlərindən də yaralanan və ölən vardı, silahlarında mərmiləri azalmışdı həyacan içində idilər, gözləri insanlarda idi yazıq baxışlarla baxırdılar, bir neçə saat atışma yenə davam etdi və birdən silah səsləri kəsildi düşmən əsgərləri şəhərə soxuldular qarşılarına keçənləri güllələyirdilər sonra aydın oldu ki,atışma səsinin kəsilməsinə səbəb qəriblərin mərmilərinin qurtarması idi, çoxlu sayda düşmən əsgərləri artıq küçələrdə görünürdülər. Hər yeri axtarırdılar. Sən demə əsgərləri gəzirlərmiş. Şəhəri axtarıb bütün qərib əsgərləri meydana toplamışdılar, çox az əsgər sağ qalmışdı, onlardan nəsə soruşurdular. Əsgərlər cavab vermirdilər, sadəcə durub üzlərinə sərt baxışlarla baxırdılar, bir neçə əsgərləri güllələdilər qalanları isə maşınlara mindirib apardılar. Ağır vəziyyətə düşən ölkə düşmən ölkəsi ilə ikitərəfli müqavilə imzaladılar və atəşkəs elan edildi. Şəhər əhalisi döyüşlərdə şəhid olan əsgərləri şəhərin mötəbər yerində dəfn etdilər, ancaq nə onların kimliyini, haradan olduqlarını və niyə gəlib vuruşurdular bu haqqda heç kim heçnə bilmədi, deyilənə görə həmin əsgərlər elə düşmən əsgərlərdən imiş, başqa xalqa qarşı törədilən işgəncələrə göz yuma bilməyib öz əsgərlərinə qarşı vuruşurdular, əgər belə idisə bəs düşmən əsgərləri niyə onların dilini başa düşməkdə çətinlik çəkirdilər.
Qalan əsgərlərdən isə heç bir xəbər gəlmədi öldülər yoxsa yaşayırlarmı?

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!