"Güzəştlər məhdudiyyətlə"



Düzünü desəm, Gürcüstanda yaşayan etnik azlıqların problemlərini ayrıca müstəvidə müzakirə etmək mənə çox da xoş deyil. Təəssüf olsun, bu gün dövlət siyasəti elə planlanlaşdırılıb ki, biz ortaq problemlərimizi ümumiləşdirə bilmirik. Birgə cəmiyyət yaratmaq cəhdi də, istəyi də heç olmayıb. Biz Gürcüstanda “çoxluq və başqalarıyıq”!
“Ümumi Təhsil Haqqında” Gürcüstan qanunvericiliyinin 4-cü maddəsi Gürcüstanda yaşayan etnik azlıqların ana dillərində ümumi təhsil almaq imkanları verir. Ancaq onlar məktəbi bitirdikdən sonra dövlət dilində danışa bilmirlər. Məktəblərdə gürcü dili tədrisinin səviyyəsi olduqca aşağıdır. Çoxluq isə etnik azlıqları dövlət dilini bilmədiklərinə görə alçaldır, təhqir edir ancaq bütün bunların səbəbləri ilə heç vaxt maraqlanmırlar.
Bəli, hər bir şagirdin keyfiyyətli təhsil almaq hüququ var. Lakin dövlət bu baxımdan etnik azlıqların məskunlaşdığı regionlarda təhsilin və gürcü dilinin öyrənilməsinin keyfiyyətini təmin edə bilmir. Müvafiq olaraq 2009-cu ildə təzminat və etnik azlıqların ali məktəblərə qəbul olunmasının əlçatanlığını artırmaq məqsədi ilə “1+4” proqramı yaradıldı
Bu proqram 1 illik hazırlıq kursunu nəzərdə tutur. Bu kurs çərçivəsində 60 kredit alan tələbələr ali təhsil müəssisəsində təhsillərini davam etdirirlər. (Proqram azərbaycanlılar, ermənilər, abxazlar və osetinlər üçün nəzərdə tutulub). O, dövrdə bu proqram sonrakı illərdə təkminləşdirilməsi nəzərdə tutulmuş pilot proqram idi, lakin bu günə kimi bu proqramda heçnə dəyişməyib.

Etnik azərbaycanlıların təhsil haqqını Azərbaycanın SOCAR şirkəti ödəyir və bu da öz növbəsində inteqrasiya və yadlaşma baxımından yeni problem yaradır. Bu proqrama qədər etnik azlıqlar öz ana dillərində təhsil almaq imkanlarından yararlanmaq məqsədilə qonşu ölkələrə gedirdilər.
Təəssüfləndirici hal odur ki, bu proqramın gürcü dilinin tədrisi hissəsi ödənişlidir. Bu proqram güzəştlidir və etnik azlıqların inteqrasiyasını və gürcü cəmiyyətinə qoşulmasını nəzərdə tutur, lakin proqramın belə bir forması onun öz məqsədinə belə ziddir.

Onlar bir tərəfdən məktəbdə lazımi səviyyədə təhsil ala bilmirlər, digər tərəfdən gürcü dilini öyrənmək üçün bir il də əlavə olaraq vaxt itirirlər. Bu mənəvi və maddi itkiyə görə etnik azlıqlar təzminat adı altında pullu xidmətlər almağa məcbur olurlar.
Qadınların siyasi qoşululuğunu artırmaq məqsədilə siyasi iştiraka təşviq edən kvota qanunu qəbul edildi. Lakin eyni zamanda dövlət bu qadınlara demir ki, “mən sizin üçün siyasi iştirakçılığı təşviq edən və Sakrebulo və Parlamentə asanlıqla daxil olmağa imkan verən güzəştli proqram yaradıram, ona görə də bu kvota siz üçün pulludur və ya bu buna görə maaş verməyəcəm”.
Statistikaya görə, “1+4” proqramı üzrə qeydiyyatdan keçən abituriyentlərlə təhsilini davam etdirmək istəyənlər arasında fərq kifayət qədər böyükdür, yalnız 47%-i təhsilini davam etdirir.
Məsələnin ikinci acınacaqlı tərəfi odur ki, pulsuz prioritet fakültələri (pulsuz fakultələri) bu proqramın istifadəçiləri üçün pullu etdilər. Dövlət öz vətəndaşları üçün bariyerlər yaradır. Bu çox böyük diskriminasiyadır.

Dövlət etnik azlıqların keyfiyyətli ümumi təhsil imkanı yaratmaq istəmir və hətta dövlətin özünün faydalanmış olduğu mövcud güzəştli proqramda da yeni maneələr yaradır.
Gürcüstanın “Ümumi Təhsil Haqqında” qanunu etnik azlıqların öz ana dilində ümumi təhsil almaq hüququnu təmin edir, lakin heç bir universitetdə Azərbaycan/erməni/abxaz/osetin dili və ədəbiyyatı fakültəsi yoxdur. Onlar bu ixtisas üzrə ali təhsil almaq üçün Azərbaycana və Ermənistana gedirlər.

Bir çox universitet fakültələri arasında italyan və ya ispan dili filologiya fakültələrini görürük, lakin Gürcüstandakı etnik azlıqlar məktəbdə öz ana dillərində təhsil almaqlarına rağmən onlar üçün belə bir fakültə yoxdur.
Bu cür açıq ayrı-seçkilik və süni maneələr etnik azlıqlarda yadlaşma hissi yaradır. Onlar belə mühitdə tolerant, ədalətli, demokratik dövlət quruculuğuna töhfə verə bilməyəcəklər. Maneələr və ayrı-seçkilik onları ümumi dövlət ideyasından ayırır. Onlar yeni-yeni maneələri aşmaq məcburiyyətində qalırlar.
Dövlət və etnik azlıq icması arasında əlaqə olduqca zəifdir. Etnik azlıqlarla bağlı məsələlərin müzakirəsi və həlli prosesində etnik azlıqların iştirakı çox səthidir.

Müəllif: Samira Bayramova

Mənbə: Publika.ge

Comments

Popular posts from this blog

დაუწერელი წარსული

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!