Azərbaycan təssüratlarım... Ərəb bəyləri... Azərbaycan kişisi...
Azərbaycan təssüratlarım... Ərəb bəyləri... Azərbaycan kişisi... H əyatda və sosial şəbəkələrdəki virtual d ostluğumda kifayət qədər Azərbaycandan olan hər yaş təbəqəsindən insanlar var. Bəzən çox maraqlı şərhlərə və yazılara rast gəlirəm, bəzən də bayağı söhbətlərə şahid oluram. Kütlənin əksəriyyəti - cavanı, yaşlısı, ziyalısı, fəalı - yığılıb bayağı mövzunu müzakirə edir və uzun-uzadı mövzulara da uzun-uzadı rəylər yazırlar. Təqribən iki aydan artıq zaman ərzində bu ölkədə şortiklər müzakirə olundu, sonra isə sevgililərin öpüşməsi, indi də ərəblərlə bağlı əhvalatlar. Hərdən düşünürsən ki, bu ölkənin insanları qapalı bir dünyada yaşayır və reallıq onlar üçün hələ də nəsnəlik dolu bir yuxudur. İlk dəfə Azərbaycana gedəndə 7 yaşım vardı, 1994-1995-ci illərdi. Anam xəstə idi və müalicə məqsədilə mən də onunla getmişdim. Bakıda Əhmədli deyilən bir yerdə qalırdıq, tez-tez qonşuların səs-küyü gəlir və hiss olunurdu ki, dalaşırdılar. Qadınlardan biri hey uşaqların...