Vətənsiz qəriblər
Ağır müharibə dövrü idi. Xalq öz yurd yuvalarını doğma torpaqlarını tərk edib gedirdilər. Ölkədə aclıq, xəstəlik hökm sürürdü, düşmən əsgərləri ölkəyə soxulub xalqın var- yoxunu talan edib ölkəyi xarabaya çevirirdi. Anaların fəryadı, körpələrin ağlamaqları biri – birinə qarışmışdı. Ölkənin şərq hissəsində vəziyyət daha dözülməz həddə çatmışdı.İnsanlığa qarşı hər çirkin əməli törədən düşmən əsgərləri körpələr belə acımayıb öldürürdülər. Ölkəni xaos bürümüşdü. Birdən iki tərəfli atışma səsi gəldi hamı təcübləndi ki görəsən bizə köməyə gələn kimlərdi. Ölkənin şərq hisəssində qonşu ölkədən bir qrup könüllü dəstə insanlara köməyə gəlib,amma onları heç kəs tanımırdı ki,kimlərdi əllərində silah düşmənə qarşı vuruşurdular. İnsanlara çox səmimi davranırdılar, onların qolundakı qara bağlar hamının diqqətini cəlb edirdi, ancaq kimdirlər haradan gəliblər heç kimə məlum deyildi, əslində heç bunu müzakirə etməyin də yeri deyildi, caamat qorxu içində idi, gecə yatmağa belə qorxurdular, Artıq 10 gün...