Posts

სახელმწიფო ჯერ „ამ ქვეყნის პატრონებისთვის“, შემდეგ – „სტუმრებისთვის“

სამართლიანობა და თანასწორობა არის ადამიანის მორალური მოთხოვნილება, რის დაკმაყოფილებასაც იგი სხვადახვა გზებით ცდილობს.  დემოკრატიულ ქვეყნებში ყველა მოქალაქის თანასწორობა სამართლებრივი ნორმა და კანონია. ხანდახან მინდა, ერთი დღე მაინც არ ვიფიქრო იმაზე, რომ ეთნიკურ უმცირესობას წარმოვადგენ საქართველოში. ხანდახან კი იმავე კითხვას ჩემ თავს ვუსვამ, ძალიან კრიტიკული ხომ არ ვარ ან დისკრიმინაციაზე საკმარისზე ხშირად ხომ არ ვსაუბრობ? იქნებ, მე არასწორად მესმის და ყველაფერს ვიწრო ჩარჩოდან ვხედავ? მკაცრი კარანტინის პირობებში ვცდილობ, იზოლირებული ვიყო საზოგადოებისაგან, მაგრამ ახალი ამბების გასაგებად მაინც მიწევს სოციალურ ქსელში შესვლა. ისევ ერთი და იგივე ნეგატივი. მიუხედავად გამეფებული უიმედობისა, ეთნიკური უმცირესობების მიმართ არ წყდება დისკრიმინაცია და სიძულვილის ენა. ახლა თვითონ სახელმწიფოც კი გახდა დისკრიმინაციული. საბჭოთა კავშირის დაშლიდან მოყოლებული რეგიონებში ხალხს ეძინა და შორს ეჭირა თავი პოლიტიკური, ეკონომიკური და სოციალური საკითხებისგან. რა თქმა უნდა, ამის აქვს თავისი მიზეზები. ახლ...

Dövlət əvvəlcə “bu ölkənin sahibləri” sonra isə “qonaqları” üçün

Ədalət və bərabərlik insanın müxtəlif yollarla təmin etməyə çalışdığı mənəvi ehtiyaclarıdır. Demokratik ölkələrdə bütün vətəndaşların bərabərliyi hüquqi norma və qanundur. Bəzən istəyirəm ki, Gürcüstanda etnik nümayəndə olduğum haqqında bir gün heç olmasa düşünməyim. Bəzən isə eyni sualı özümə verirəm, ayrı-seçkiliyə dair söhbət etdiyim zaman olduğundan çox kritiki yanaşmıram ki? Bəlkə mən səhv başa düşürəm və hər şeyə daha da dar çərçivədən baxıram? Ciddi karantin şərtləri altında çalışıram ki, cəmiyyətdən tamamilə uzaq olum ancaq gündəlik xəbərləri oxumaq üçün sosial şəbəklərə daxil olmaq lazım gəlir. Yeni eyni mənfi hallar. Hökm sürən ümidsizliyə baxmayaraq, etnik azlıqlara qarşı ayrı-seçkilik və nifrət dili dayanmır. İndi dövlətin özü də ayrı-seçkilik etmək halına gəlib çıxıb. Sovet İttifaqının dağılmasından bəri bölgələrdəki insanlar yuxuda idilər və siyasi, iqtisadi və sosial məsələlərdən özlərini uzaqlaşdırdılar. Əlbətdə bunun öz səbəbləri var. İndi gənclər fəallaşıbl...

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!

Image
Bizdə n sizə oğul olmaz, cənab doktor Nərimanov! Salam bəy! Doğum gününüz mübarək! Elə bilirdim 100 yaşa deyəndə biz bunu söz kimi qarşımızdakına xoş gəlsin deyə deyirik, amma, artıq 150 yaşa girmisiniz. İndi isə deyirəm daha bundan sonra 1000 yaş da yaşayın. Yəqin ən çox indi bizim buralarda nə baş verdiyi sizi daha çox maraqlandırır nəinki xoş arzular. Öz maraqlı dünyamızdan Sizə yazıram, hər şeydən yazacam. Yaz həmişə eyni gəlirdi, eyni ilə sizin zamanda olduğu kimi.  Günəş də sizin dediyiniz kimi, qoca Şərqdən çıxıb, şərqarışana batırdı. Nəisə... Oğlunuz Nəcəfə yazdığınız kimi, mən də daha çox siyasi, ictimai mövzulardan, yəni maraqlandığınız mövzuları yazacam. H ə, bir də “Nadanlıq” deyə ifadə etdiyiniz təhsildən. Buralarda üç həftədir ki, həyat dayanıb. Elə Virus yayılıb ki, bütün dünyanı əhatə edib. Hamı evindədir, daha doğrusu canı hayındadı. Doktor olduğunuza görə bunları daha dəqiq bilirsiniz. Bizlər guya evində qalmaqla canımızı qoruya bilərik....

Nəzəriyyə və Təcrübə

Yay aylarında beynimə bir sual düşmüşdü, görəsən həyatda nələrisə qurban verib evdar qadın ola bilərəmi? Hesab edirdim ki, həyat özü insanı bir çox şeylərə alışdırır zaman zaman hər şey elə dəyişir ki, artıq sənin fikirlərin keçərli olmur, hadisələr, istəklər, arzular özü hər şeyi yerbəyer edir. Bütün olanlardan qərara çıxarmışdım ki, hə məndə bunu bacararam,əgər ki, yaşamaq mahiyyətim aradan getməsə. Əslində bütün nəzəriyyələr təcrübədən, ümümi fikirlər in, düşüncələrin nəticəsindən yaranır bəzən olur ki, sonradan təcrübə öz əvvəlki nəzəriyyəsini inkar edir və yeni fikir və təcrübə əsasında yenisinin əsasını qoyur. Oxuduğum təhsil sahələrində həmişə nəzəriyyəçilərin fikirlərini əzbərləməliydim və bundan bütün ağır mövzular danışdığımız zaman istifadə etmək nəsə bir yüksək ağırlıq gətirir çıxışa )) Həmişə də çətinimə gələndə onları gorbagor adlandırırdım. İndi hansısa bir şəxsin fərdi nəticəsinə görə məndə bunu bu şəkildə həyata keçirməliyəmiş sanki... P.S. Bu karantin günləri mənə ...

Dəyişən zamanda dəyişməyən "ev" günlərindən

Virusa görə uşaqlar onlayn təhsilə keçiblər. Hər gün valideyn, şagird və müəllim şikayətləri eşidirəm. Valideyn  uşağına kömək edə bilmir, müəllim yeni sistemə alışa bilmir, şagird də bunları ortaq məxrəcə gətirib dinləyib susmağa qərar verir. Həmişə olduğu kimi, təhsil heç də maraqlı hadisə deyil. Kimi üçün öhdəlik, kimi üçün məcburiyyət, kimi üçünsə vaxt keçirməkdir. Mən məktəbdə oxuyanda dərslərimdə çətinliyim olurdu. Baxmayaraq hər iki valideynim ali təhsilli idi, eyni zamanda əmilərim və qonşularım, amma onlar üçün mənə dərsimdə köməklik etmək ağır işgəncə idi. Atam işləyirdi və yalnız pulun keçərli olacağı yerlərdə dəstək ola bilirdi. Məsəlçün, müəllimə hədiyyə göndərmək üçün pul verə bilərdi və ya alternativ üçün təklif gözləyərdi. Anam isə ev işlərinə o qədər aludə olmuşdu ki, mənə ayırmağa vaxtı yox idi, öz ağır işlərindən səs-küylü, detallı o qədər danışardı ki, eşitməmək üçün geriyə addımlayardım Özümü biləndən həmişə evimizdə usta işləyib, təmir işləri gedib. Evimizi...

KİMDİR TƏRBİYƏSİZ?

Image
Yazıya sualla başlamaq istəyirəm. Bizim cəmiyyətin tərbiyəli dövrü nə vaxt olub, ümumiyyətlə, tərbiyəli cəmiyyət deyəndə nə demək istəyirsiniz? Sovetlər Birliyi dağıldıqdan sonra cəmiyyətlərin və fərdlərin bir növ şəxsi azadlıqları başladı və eyni zamanda uzun müddət hazır və proqramlaşdırılmış həyat yaşayan adamlar sonra bütün məsuliyyətləri öz üzərinə götürdü. Bu, təbii ki, çox çətin proses idi. Bir çox sahələrdə çökmə baş verdi. Ən böyük itkini isə təhsil, tədris sahələri verdi. Nəsillər dəyişdi. Sovet düşüncəli tamamilə fərqli insanlar müasir zamana doğru irəliləməyə başladı və onlar gənc müasir nəslin nümayəndələri ilə qarşılaşdı. Nəsillərin toqquşması baş verdi. Təbii ki, hər bir fəlakət arxada qurbanlar buraxır. Nəsillər bir-biri ilə fərqli mühitdə və sosial çərçivədə toqquşduqda da hər iki nəsildə böyük təsir buraxdı. Sovetlər Birliyi insanları azad qərar vermə fikrindən məhrum etmişdi, alternativlər yox idi. Eyni ilə həmin nəsillər onu başqa nəslin öz mühitində h...

Oxumaq mədəni niyyətdir

Sosial media həyatımıza daxil olduqca çap dərgilərinin sayı azalmağa başladı. Bununla yanaşı qəzet və jurnal hələ də öz aktuallığını əvvəlki əhəmiyyətini daşımaqdadır. Hələ XIX əsrin sonlarında Azərbaycan qəzetinin yaranması öz qədim irsinə möhkəm bağlı olan toplum üçün böyük dəyişikliyə səbəb olmuşdu. Elə o zamandan başlayaraq çap mediasına diqqət artmış və yenilikçiliyə addımlar atılmışdı. Baxmayaraq ki,bir çox hallarda buna böyük maneələr yaradılmış amma bu günə kimi qəzetlər öz mahiyyətini itirmədən öz varlığını qoruyub saxlamağa davam edir. Yəqin hamıda bir sual yaranır, sosial media olduğu halda qəzet və jurnala nə ehtiyyac var? Necə ki, bizim internetə çıxışımız və bütün materiallara əlçatanlığımız olduğu halda kitaba ehtiyyac duyuruqsa eləcə də qəzetlərə də ehtiyyac var. Qəzet oxumaq mənim üçün gündəlik həyatın kiçik bir məd ə niyyət formasıdır. Biz o qədər yadlaşmışıq ki, bu mədəniyyətə bəzən bunu lap həyatımızın günlük saatlarından belə çıxarmışıq, əhəmiyyətsiz vaxt itkisi ...