Posts

SAĞLAM CƏMİYYƏT

Image
Erix Fromm “Sağlam cəmiyyət” adlı kitabında   cəmiyyətin mədəniləşməsi və sonda sağlam bir cəmiyyətə çevrilməsi üçün çox maraqlı məqamlara toxunub. O, hesab edir ki, sağlam cəmiyyət üçün mütləq iki məqam var: 1. “Müstəqil insan”; 2. Tənqidi fikrə malik insan. Qərbin özünün fərqli və mütəşəkkil bir inkişaf platforması olub. Bu inkişaf mərhələsinə gələnə kimi, təbii ki, uzun bir yoldan keçib. O sistemi oradan götürüb burda birbaşa tətbiq etmək heç də asan başa gələcək bir proses deyil – əgər biz etiraf etsək ki, hər bir cəmiyyət öz mental dəyərləri ilə icma və ya cəmiyyətlərə çevrilib. Hər regionun özünəməxsus insanları, qaydaları, tələbləri var. Bu tələblərə ancaq mədəni insan olaraq nail olmaq mümkündür. Mədəni insana kimi isə təhsilli fərd əsas önəmli mənbədir. Bəs bizim sağlam cəmiyyətimiz hardan necə başlamalıdır? Gəlin etiraf edək ki, bizim ailələrdə uşaq tərbiyəsi üçün bir proqram yoxdur. Uşaq tərbiyəsi onu qorxu altında böyüdərək pis vərdişlərə qoşulmaması üçün tənb...

Məmur podyumu

Image
Sovetlərdən sonra Gürcüstan dövlətçiliyi bizi əsl məmurla təltif etməyib. Bunun təbii ki, bir çox səbəbləri var. Baxmayaraq biz çox millətli, tolerant bir dövlətdə yaşayırıq amma etniklərə qarşı baxış sovetlərdən sonra gələn hər bir hakimiyyətin dövründə belə dəyişməz qalıb. Ümumi işlənib hazırlanmış startegiya davam etməli sona çatdırılmalı idi. Burada ikinci maraqlı bir məsələ də var, necə ki, siravi gürcülərin etnik azlıqlara dair fərqli təsəvvürləri var eləcə də inzibati orqanlarda və ali səviyyədə də bu baxış fərqli deyil, qonşu dövlətə birləşmə qorxusu, azadlıq tələb etmə, muxtar dövlət qurmaq arzusu kimi fundamental qorxu və narahatçılıq eləcə də bunların simasında Gürcüstanı yalnız gürcü torpağına, gürcü mədəniyyətinə və tarixinə çevirmək kimi addımlar hər hakimiyyət dövründə azda olsa öz istəyinə çatıb. Qamsaxurdiya dövründə tarix dəyişdi, ondan sonra Şevarandze dövrü gəlir, o zaman hər kəs baxmayaraq ki, öz küncünə çəkilmişdi amma yerli xalq öz keçmişini öz əli ilə məh...

რა ვიცით აზერბაიჯანულ თემზე და ნაადრევი ქორწინებაზე?

რა ვიცით აზერბაიჯანულ თემზე და ნაადრევი ქორწინებაზე? ვიცით თუ არა ამ პრობლემის ნამდვილი მიზეზი და საერთოდ ვინ არიან აზერბაიჯანლები? ბოლო ამბის შემდეგ კიდევ ერთხელ მივხდი, რომ ჯერ არ ვიცნობთ ერთმანეთს. დიდი ცხოვრების პატარა მეხსიერება…. ალბათ, იმ ადამიანს უფრო კარგად ესმის ის ტრაგედიის არსი, ვიდრე სხვა ადამიანს, რომელიც შორიდან ხედავს ამას. არ ვიცი საიდან როგორ დავიწყო, არ ვიცი როგორ დავალაგო ეს ყველაფერი. არც ვიცი, შემიძლია ემოციების გარეშე ბუნებრივად გამომივიდეს ყველა სათქმელი? როდესაც საზოგადოებამ ცხოვრება გამინადგურა, მას შემდეგ დავიწყე ბრძოლა, სხვისი ცხოვრების გადასარჩენისთვის ბრძოლა.. მანამდეც იყო ჩემთვის მოძალადე ეს საზოგადოება, რომელიც ვცხოვრობდი, მაგრამ წლების შემდეგ, ჩემთვის მოძალადე გახდა სისტემა, რომელსაც ძალა არ აქვს. ბავშვის დაცვის კუთხით უკვე საკმაოდ დიდი ხანია ვმუშაობ ოჯახში ძალადობაზე და ნაადრევი ქორწინებაზე. მაგრამ კიდევ დამჭირდა წლები გავიგო ამის ნამდვილი მიზეზი. წლები ვმუშაობდი ცნობიერების ამაღლებაზე, ვფიქრობდი, ჩემი ხმა ძალიან შორს წავა და გაიგებს საზოგადოება - წლე...

Qorxulu müqəddəs ailə sistemi

Image
Ailə, ocaq özümüzü bütün təhlükələrdən qorumaq üçün sığındığımız   müqəddəs yerimizdir. Amma böyüdükcə biz qaçmaq istəyirik. Valideyinlərimizin bizə qarşı münasibəti bizi sıxır. Bizi fərd kimi görməməsi, öz tabeliyində bir idarə etdiyi sistem kimi yanaşması yeni aqresiyalara yol açır. Bütün bunlara rağmən biz etiraz etmədən asılı bir ömür keçirməyə razılaşa bilirik. Hər bir etirazımız bizə ağır   başa gəldikcə sonrakı etirazların ölçüsü azalaraq sonra etiraz hissimiz yoxa çıxır. Biz səhv edə bilmərik, olmaz. Səhv və etiraza valideyinlərimiz bizə qışqıraraq və ya döyərək reaksiya verib. Ancaq filmlərdə görürük ki, əslində səhv edən uşağı döymürlər ona izah edirlər, onu şəxs kimi şöhrətləndirib onunla söhbət edirlər. Hətta məktəbdə müəllimlərimizdə valideyinlər kimi davranır, çünki onlarda elə bizim icmanın bir üzvüdürlər, bizdən biridirlər. Sonralar bütün başqa institutlara qarşı bizdə etiraz qorxusu yaranıb və tələb etməkdən qorxmuşuq. Edəcəyimiz səhvin bizə gətirmiş old...

Bazardan siyasətə - siyasətdən də bazara

Gürcüstanın bir çox regionlarına gedəndə yaşlı insanlarla maraqlı dialoqlar yaranır. Onlara Marneulidən olduğumu deyəndə həə bilirəm orada böyük bazar var, çox getmişəm tatarlarlar yaşayır. Düzdür bu o qədər də yaxşı təsir bağışlamır. Hə deyək ki, nəsə maraqlı və fərqli tərəfdən tanıtmamışıq. Lap tanıtmış olsaq necə tanıdardıq. Bir çox özümüzə xas olan  şeylər var ki, onları etmək qadağandır. İmir kəndində arxeloji qazıntılar zamanı qədimi şərab löhvəcikləri tapıldı, bu hadisə bizim tarixlə heç üst-üst üstə düşmür nədənsə. Bolnisidə Nakalakari yəni ən qədim insanların orada sümükləri tapılıb. Bəs Borçalı ulu türk yurdu deyilən yer?Bazar bildiyimiz alış veriş üçün getdiyimiz yerdir. Bazar söhbəti bizim ən yaxşı söhbətimizdir hər iki mənada. Regionda baş verən hadisələr hərkəsi təccübləndirir və içimizi çəkirik yeni-yeni fərqli hadisələr baş verəndə. Rayonumuzda olan aparıcı şəxslər haqqında yazmaq istəyirəm çünki rayonun inkişaf etməsində çox böyük rolları ola bilərdi. Bizim indiki ...

Özümüzü bizdən xilas edək.

Image
7-ci sinifdə oxuyurdum. Biz Azərbaycan tarixi keçirdik. Yaddımda qalan maraqlı bir dərslik vardı. Mövzu tam olaraq yadımda deyil amma ümumi olaraq söhbət o zamanların xanlarından və əhalinin onlara münasibəti haqqında idi. Kasıb əhali koloniya şəklində xanın sarayının yaxınlığında düşərgə salırdı. Bununla onlar heç olmasa sarayın lazimi işlərinə yarayır və qəpikdən  quruşdan alırdılar, eyni zamanda xanın qonaqları olanda artıq qalan yeməkləri atırdılar və kasıb ailələr o yeməkləri aparıb yeyirdi.Yəni xanın sarayı yaxınlığında yaşamaq onlara maddi olaraq su sıçrada bilirdi. Dünən bir məsələ haqqında düşünürdüm və nədənsə bu keçmiş tarix dərsini xatırladım, əsrlər keçib amma biz hələdə keçmiş metodlardan istifadə edirik. Yeni ideya düşünmək qabiliyyəti olmayan beyin bir az düşünmək istəyəndə error verir. Keçək əsas mövzuya. İllərdir bizim gözümüz qarşısında baş verən hadisələr, inkişaf etməkdən imtina edib sığınmaq istəyən gənclik hakim roldadır. Gənclərin əksəriyyəti öz potensialın...

Xalq artisti yoxsa fahişə?

Bu haqqda nə vaxtsa bir kitab yazacam amma indi elə belə içimdən keçdi. Biz mahnıları dinləyib zövq alırıq. Tamaşa izləyib xoş hal oluruq. Amma nədənsə bizə bunu bəxş edənlərə qarşı çox amansızıq. Onların şəxsiyyətlərinə qarşı qəddarıq. Çox qeyri insani baxışlarımız var. Əgər sizin çox yaxşı səsə və aktrisalıq bacarığına malik bir bacınız olarsa ona müğənni olmağa  yaxud aktrisa olmağa imkan verməsiniz. Bir kodlanmış cavab var. Gedib pozğunmu olacaqsan özünü millətə göstərib. Fərqi yoxdur incəsənətin hansı növüdür, bu bacarıq bir qadında olanda o bacarıq onda məhv edilib gedir. Bu yaxınlarda bir xanım haqqında verliş gedirdi. Bu xanım məşhur ifaçı olub. Onun haqqında o qədər gözəl sözlər deyilirdi ki. Ancaq bu sözlərin arxasında qulağıma birdə ona deyilən həqiqi sözlər pıçıldanırdı. O bir xanım kimi incəsənətə öz töhfəsini verib, hələ çox illər biz onun mahnılarını dinləyəcəyik. O mahnılarda özümüzü axtaracağıq amma heç vaxt biz öz vəhşi və iyrənc xislətimizdən əl çəkməyəcəyik. Dai...