Posts

Qondarma soyadlara rəsmiyyət tələbi

  Əslində bu haqda daha əvvəl yazmaq istəyirdim amma öz kimliyini, dilini və tarixini bilməyən primitiv toplumla toqquşmaq istəmədim. Amma hesab edirəm ki, indi bu haqda yazmaq həqiqətən vacibdir. Familyanın (soyadın) tarixi haqqında və sonra bir neçə maraqlı məqama toxunacam. Elə adından da göründüyü kimi soy ad yəni sənin soyunun, ilk başlanğıcının bu günə kimi törəməsini yaxşı ifadə edən bir sözdür. Soyad XI əsrdə bəzi mənbələrə görə isə ilk dəfə Şimali İtaliyada VIII əsrdə yaranmışdır, daha sonra Fransa, Almaniya, Rusiyada da soyadların yaranması prosesi başlayır. Ən son isə 1959-cu ildə Tunisdə soyadla bağlı qanun qəbul edilir və soyad formalaşır. Azərbaycanlılar arasında soyadın formalaşması tarixi isə XVIII əsrə təsadüf edir və XX əsrə qədər formalaşmağa davam edir. Bəs soyadın tərifi nədir? Soyad bir nəsildən olan adamları başqa nəsillərdən olan adamlardan fərqləndirən başlıca və əsas amildir. Soyad şəxsin ailəsini və nəslini, cinsini, geniş mənada isə milliyyətini bildirən xü

"Güzəştlər məhdudiyyətlə"

Düzünü desəm, Gürcüstanda yaşayan etnik azlıqların problemlərini ayrıca müstəvidə müzakirə etmək mənə çox da xoş deyil. Təəssüf olsun, bu gün dövlət siyasəti elə planlanlaşdırılıb ki, biz ortaq problemlərimizi ümumiləşdirə bilmirik. Birgə cəmiyyət yaratmaq cəhdi də, istəyi də heç olmayıb. Biz Gürcüstanda “çoxluq və başqalarıyıq”! “Ümumi Təhsil Haqqında” Gürcüstan qanunvericiliyinin 4-cü maddəsi Gürcüstanda yaşayan etnik azlıqların ana dillərində ümumi təhsil almaq imkanları verir. Ancaq onlar məktəbi bitirdikdən sonra dövlət dilində danışa bilmirlər. Məktəblərdə gürcü dili tədrisinin səviyyəsi olduqca aşağıdır. Çoxluq isə etnik azlıqları dövlət dilini bilmədiklərinə görə alçaldır, təhqir edir ancaq bütün bunların səbəbləri ilə heç vaxt maraqlanmırlar. Bəli, hər bir şagirdin keyfiyyətli təhsil almaq hüququ var. Lakin dövlət bu baxımdan etnik azlıqların məskunlaşdığı regionlarda təhsilin və gürcü dilinin öyrənilməsinin keyfiyyətini təmin edə bilmir. Müvafiq olaraq 2009-cu ildə təzminat v

შეღავათები შეზღუდვებით

Image
  სიმართლე გითხრათ, დიდად არ მსიამოვნებს საქართველოში მცხოვრები ეთნიკური უმცირესობების პრობლემების ცალკე კონტექსტში განხილვა. სამწუხაროდ, დღეს სახელმწიფო პოლიტიკა ისეა დაგეგმილი, რომ ჩვენ ვერ ვაზოგადებთ    ჩვენს საერთო პრობლემებს.    ერთობლივი საზოგადოების შექმნის არც მცდელობა, არც სურვილი არ ყოფილა. ჩვენ    საქართველოში „უმრავლესობა და სხვები“ ვართ!     „ზოგადი განათლების შესახებ“ საქართველოს კანონის მე-4 მუხლი საქართველოში მცხოვრებ ეთნიკურ უმცირესობებს    მშობლიურ ენაზე ზოგადი განათლების მიღების უფლებასა და საშუალებას აძლევს. მაგრამ ისინი სკოლის დამთავრების შემდეგ სახელმწიფო ენას კარგად ვერ ფლობენ, სკოლებში ქართული ენის სწავლის დონე ძალიან დაბალია.    უმრავლესობა კი ეთნიკურ უმცირესობებს მუდამ სახელმწიფო ენის არცოდნის გამო ამცირებს, ლანძღავს, მაგრამ არასოდეს ინტერესდება ამ ყველაფრის მიზეზით. დიახ, ყველა მოსწავლეს აქვს უფლება, მიიღოს ხარისხიანი განათლება. მაგრამ სახელმწიფო ამ მხრივ ვერ აკმაყოფილებს ეთნიკური უმცირესობების დასახლებულ რეგიონში განათლებისა და ქართული ენის სწავლის ხარისხს.

Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...!

  Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...! Artıq illərdir Kvemo Kartli bölgəsində xüsusən də Marneulidə azərbaycanlıların kimlik, mədəniyyət və bərabərlik məsələləri ciddi problem kimi qeyd olunmaqdadır. Təssüflər olsun ki, istər mərkəzi istər yerli hakimiyyət etnik azlıqlarla bağlı qəbul etmiş olduğu beynəlxalq müqavilələrdəki maddələri yerinə yetirmir və öz aktiv siyasətinin tərkib hissəsinə qatmır. Şəxsən bir Marneuli sakini olaraq öz mədəniyyətimi, kimliyimi qorumaq üçün Marneuli Bələdiyyəsinin büdcəsindən yararlana bilmirəm. Ətrafıma baxdığım zaman etnik kimliyimi xatırladan və əks etdirən bir şey görə bilmirəm. İcmalardakı mədəniyyət evləri bir neçə il sonra baxımsızlıqdan torpağa qatılacaq, normal vəziyyətdə olanları da çayxana və anbar kimi istifadə olunur. Doğurdanmı azərbaycanlı icması bu təhqirə layiqdir? Mən başqa millətlərə aid olan mədəniyyət evləri haqqında danışmıram çünki onların belə problemi yoxdur. Onların kəndlərində konsertlər, poeziya gecələri keçirilir

Charla: feminismo y diversidad en Medio Oriente

Image

Yerli inkişafın əhəmiyyəti və bu sahədə olan çatışmamazlıqlar

Image
  İnkişaf kəmiyyət və keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkətə deyilir. Bu hərəkət təbii ki, özündə müəyyən qrupların ortaq fəaliyyətini nəzərdə tutur. Biz məsələyə uzaq inkişaf perspektivindən deyil öz yaşadığımız kiçik ərazilərin inkişaf hərəkətlərinə baxaraq bunu daha yaxşı təsbit edə bilərik. Ona qədər yerli inkişafın üç əsas hissəsinə, dövlət sektoru, biznes və vətəndaş cəmiyyətinə toxunaq. Bu üç hissədən biri ümumi məqsəd və plandan çıxarsa inkişaf öz rolunu həyata keçirə bilmir və müvafiq olaraq kəmiyyət və keyfiyyəti göstəricisi də bir yerdə sıfırlanıb qalar. Keçmiş sovet ölkələrinin inkişaf dinamikasına baxanda görərik ki, onlar Qafqaz ölkələrini xeyli keçib, ola bilsin ki, iqtisadi və islahat baxımından bir neçə məsələdə biz daha ön sıralara sahiblənmişik amma vətəndaş cəmiyyəti prosesində çox geridə qalmağa davam edirik. Bunun bir neçə səbəbləri ola bilər. Ən çox görünən uzun illik sovet düşüncəsinin insaların beyninə həkk olunması və ümumi prinsip və dəyərlərin sove

Keçmişlərimiz

  Bu gün qərara gəldim ki, evə gedim bir az dincəlim və indi yazacağım hadisə haqqında daha geniş yazım və birdə baxdım ki, bu gün kəndimizdə hadisəyə yaxın hadisə baş verib. Bir məsələ ilə bağlı təsirlərin qiymətləndirilməsi üzrə araşdırma aparmalıydım və müsahiblərim içində təsadüfən bir adam tanış gəldi və bu adam 19 il bundan əvvəl 14 yaşlı məktəblini qaçırtmaq üçün bir çox cəhdlər etmişdir və təsadüflər nəticəsində o uşaq xilas olmuşdur. 7-ci sinifdə oxuyurdum. Başqa uşaqlar kimi indi mənim də növbəm gəlmişdir. Mənim də qaranlıq günlərim başlamışdır, mən gələcək üçün xəyallar qurarkən kimlərsə mənim gələcəyimi əlimdən almaq üçün xəyallar qururmuş. Cümə axşamları bizə qəribə qadınlar gəlməyə başlayırdılar, bu qadınlara yox cavabı veriləndən sonra məktəbimizin və məhləmizin yollarında içi qara gədələrlə dolu qara maşın peyda olmağa başladı. İki ay məktəbə getmək problemim yarandı və sonra iki kilometrlik yolu getmək üçün əlavə maşın tutulması qərarı verildi. Bütün sinif yoldaşlarım