Posts

Keçmişlərimiz

  Bu gün qərara gəldim ki, evə gedim bir az dincəlim və indi yazacağım hadisə haqqında daha geniş yazım və birdə baxdım ki, bu gün kəndimizdə hadisəyə yaxın hadisə baş verib. Bir məsələ ilə bağlı təsirlərin qiymətləndirilməsi üzrə araşdırma aparmalıydım və müsahiblərim içində təsadüfən bir adam tanış gəldi və bu adam 19 il bundan əvvəl 14 yaşlı məktəblini qaçırtmaq üçün bir çox cəhdlər etmişdir və təsadüflər nəticəsində o uşaq xilas olmuşdur. 7-ci sinifdə oxuyurdum. Başqa uşaqlar kimi indi mənim də növbəm gəlmişdir. Mənim də qaranlıq günlərim başlamışdır, mən gələcək üçün xəyallar qurarkən kimlərsə mənim gələcəyimi əlimdən almaq üçün xəyallar qururmuş. Cümə axşamları bizə qəribə qadınlar gəlməyə başlayırdılar, bu qadınlara yox cavabı veriləndən sonra məktəbimizin və məhləmizin yollarında içi qara gədələrlə dolu qara maşın peyda olmağa başladı. İki ay məktəbə getmək problemim yarandı və sonra iki kilometrlik yolu getmək üçün əlavə maşın tutulması qərarı verildi. Bütün sinif yoldaşla...

Gürcü dili öyrənmək bizi doğurdanmı xilas edəcək?

  Hər zaman Gürcüstan azərbaycanlılarının problemlərinin müzakirəsində istər yerli istər xarici qurumlar gürcü dili məsələsini önə çəkir. Gürcüstan vətəndaşı olaraq təbii ki, bu fikirlə tam razı deyiləm amma dil öyrənməyin olduqca vacibliyini isə yüksək şəkildə vurğulayıram. Bir neçə faktora diqqət göstərmək istəyirəm. - Öz ana dilində təhsil ala biməyən şəxslər öz kimliyini dərk etmir, milli ruhu hiss edə bilmir. Buna əks olaraq bir neçə istisna nümunə gətirməklə biz real problemi gizlədə bilmərik. Bəs bunlar nə kimi yeni problemlərə yol açır? - Problemin düzgün müəyyənləşməməsi; - Prioritetlərin yer dəyişkənliyi; - Kiçik münaqişlərin yaranması; - Resursların qeyri-bərabər bölünməsi; - İnkişaf edən dünyada sosial problemlərlə məşğul olmaq səviyyəsində qalmaq. Bəlkə Gürcüstan nümunəsi bir çoxları üçün tam aydın deyil amma bir neçəsi haqqında danışmaq istəyirəm. Dil öyrəndikdən sonra biz iş yerlərində hamı kimi işləyə biləcəyikmi? - Son illərdə işə qəbul olma, nə dil, nə savad nə də...

Vətənsiz qəriblər

Ağır müharibə dövrü idi. Xalq öz yurd yuvalarını doğma torpaqlarını tərk edib gedirdilər. Ölkədə aclıq, xəstəlik hökm sürürdü, düşmən əsgərləri ölkəyə soxulub xalqın var- yoxunu talan edib ölkəyi xarabaya çevirirdi. Anaların fəryadı, körpələrin ağlamaqları biri – birinə qarışmışdı. Ölkənin şərq hissəsində vəziyyət daha dözülməz həddə çatmışdı.İnsanlığa qarşı hər çirkin əməli törədən düşmən əsgərləri körpələr belə acımayıb öldürürdülər. Ölkəni xaos bürümüşdü. Birdən iki tərəfli atışma səsi gəldi hamı təcübləndi ki görəsən bizə köməyə gələn kimlərdi. Ölkənin şərq hisəssində qonşu ölkədən bir qrup könüllü dəstə insanlara köməyə gəlib,amma onları heç kəs tanımırdı ki,kimlərdi əllərində silah düşmənə qarşı vuruşurdular. İnsanlara çox səmimi davranırdılar, onların qolundakı qara bağlar hamının diqqətini cəlb edirdi, ancaq kimdirlər haradan gəliblər heç kimə məlum deyildi, əslində heç bunu müzakirə etməyin də yeri deyildi, caamat qorxu içində idi, gecə yatmağa belə qorxurdular, Artıq 10 gün...

Köhnəlmiş arzular

Zəng vuruldu, müəllim bikef halda içəri daxil oldu, şagirdlərə salam verib əyləşdi. Nədənsə bu gün müəllimə çox dalğın görünürdü, əslində Minarə müəllimə çox mehriban, səmimi müəllimə idi, hər hansı məsələdən canı sıxqın olsada qarşısındakı insana biruzə verməzdi, dodaqaltı gülüşlə heçnə olmamış kimi mövzudan yayınardı. Sinifdə Minarə müəlliməyə ən çox hörmət edən sinif əlaçısı Yadigar idi, müəllimə bu uşağın tərbiyəsinə, çalışqanlığına heyran qalmışdı, Yadigarı hedsiz çox sevirdi ancaq başqa uşaqlara pis gəlməsin deyə biruzə verməzdi. Həmişə olduğu kimi müəllimə dərsə başladı, ancaq heç özünü ələ ala bilmirdi, tez tez gözləri yol çəkir, yuxuda qorxub oyanmış kimi həyacan basırdı. Uşaqlarla bir azköhnə dərs haqqda sual cavab etdi, yeni mövzuya keçdi. Yeni mövzu- məktəbdə Ana vzusu haqqında müsabiqə keçiriləcək, uşaqlar bu haqqda şer, hekayə nəsə istəsəniz yazın, müdiriyyətə təqdim edin. Zəng fasiləsində Minarə müəllimə mövzunu dəyişmək üçün müdirlə nə qədər söhbət etsədə kobud müdir ra...

Kasıb qızın acı dramı və arzuları

Image
Arzuların əsirinə çevrilmiş bu qızcığaz real həyatdan uzaqlaşıb özünə mənasız xəyal dünyası qurmuşdu. Erkən yaşında atasını itirən və anasının himayəsində böyüyən bu qız həyatda yaşamağın və ailə dolanışının nə qədər çətin olduğunu anlamayır öz boş xəyallarıyla yaşayıb ömrünün xoş təravətli uşaqlıq illərini bədbin düşüncələrinə qurban vermişdi. Amma lap dərindən düşünsək bəlkə də bu taleysiz gəncə haqq qazandırmaq olar, özündən böyük bir bacısıda vardı kasıbçılıq bu körpə bacını da susdurmuşdu, arzularını şüşə parçası kimi çilik – çilik etmişdi. Çox çətinliklə yaşam tərzləri olub, soyuq boş ev, bir qarını ac bir qarını tox, başqa uşaqlar kimi boş vaxtını keçirmək üçün bir oyuncaqı da yox, ürəyindən keçən şirniyatı belə almağa pullari olmayan sadəcə hər şeyi xəyalından keçirən bu zavallılar hər şeyi bir qırıq pəncərə arxasından izləyirdilər. Maddi vəziyyətləri o qədər pis idi ki, uşaqlar normal qidalanmadıqları üçün xəstə idilər, psixoloji durumları da düzgün deyildi. Xeyir sevən insa...

Özgə dünyanın tənha sakini

Qarlı qış gecəsi idi. Bir yandan şaxta, bir yandan da küləyin əsib coşması, gecənin qaranlığında kabus kimi pəncərəni döyüb taqqıltatması şirin yuxuları gözlərdən qovmuşdu. Hamı soyuq qış gecəsinin dəhşətli soyuğunda şaxtanın məhbusuna çevrilmiş kimi evin bir küncündə oturub, hər kəs qara fikirləri qovmaq üçün başını bir şeylə qatırdı. Nədənsə heç insan səsi eşidilmir. Yaxın qonşulardan belə səs gəlmir, elə bil hamıya əmr olunub ki, danışmaq olmaz. Divanın künc tərəfində xalçanın üstündə hardasa 17 -18 yaşında sarışın bir qızcığaz oturmuşdu, otaq qaranlıq olduğundan hər şeyi aydın görə bilmirdim, pəncərədən düşən şimşəyin işıqı onun üzünə düşür, diqqətimi ondan çəkə bilmirdim, gözləri dolmuşdu. Mən onu bir neçə dəqiqədən bir şimşək çaxanda üzünü və onun nə fikirləşdiyini görür və hiss edirdim. Yanaqlarından damcı ilə axan yaş şimşək işıgında gümüş kimi gözlərində parıldayırdı, onun gözlərindən elə yaş axırdı ki, amma heç nə səsi gəlirdi, nə də kin üzündə heç bir tərpəniş yox idi. Art...

Beynəlxalq Hüquq Müdafiəçiləri Günü

  Beynəlxalq Hüquq Müdafiəçiləri Günü Bu gün münasibətilə bütün hüquq müdafiəçilərini təbrik edirəm. Son illərdə ölkəmizdə bu mövzuda geniş müzakirələr aparılır. İnsanların əksəriyyəti onların universal hüquqlarının olduğunu dərk edir və onlar bərabər hüquqlu cəmiyyətdə yaşamaq istəyirlər. Hər gün ölkəmizdə minlərlə insanın hüququ pozulur. Bir çoxumuz hələ də öz hüququmuzu dərk etmədən yaşayırıq və bunu həyatın qaydası kimi qəbul edirik. Bir çoxlarımız isə insan hüquqlarını pozmağı qoçaqlıq bilirik və şəxsi komfortumuz üçün ətrafımızda olan insanların haqqını əlindən alırıq. 2014-cü ildən bu günə kimi 160-dan çox qadın öldürülüb, onların əksəriyyəti vəhşi ər qurbanı olub. Sağlam ailədə yaşaya bilməyən minlərlə uşaq hüquqları pozulur. Hələdə sadəcə tibbi model tətbiq edilən əlil şəxslərin cəmiyyətdə bərabərlik hüquqları pozulur, biz onları yalnız cəmiyyətin xəstə üzvi kimi qəbul edirik. Etnik azlıqlar bu gün öz hüquqlarını tələb etmək üçün çalışırlar amma illərdir bu sahədə o ...