Posts

Qondarma soyadlara rəsmiyyət tələbi

  Əslində bu haqda daha əvvəl yazmaq istəyirdim amma öz kimliyini, dilini və tarixini bilməyən primitiv toplumla toqquşmaq istəmədim. Amma hesab edirəm ki, indi bu haqda yazmaq həqiqətən vacibdir. Familyanın (soyadın) tarixi haqqında və sonra bir neçə maraqlı məqama toxunacam. Elə adından da göründüyü kimi soy ad yəni sənin soyunun, ilk başlanğıcının bu günə kimi törəməsini yaxşı ifadə edən bir sözdür. Soyad XI əsrdə bəzi mənbələrə görə isə ilk dəfə Şimali İtaliyada VIII əsrdə yaranmışdır, daha sonra Fransa, Almaniya, Rusiyada da soyadların yaranması prosesi başlayır. Ən son isə 1959-cu ildə Tunisdə soyadla bağlı qanun qəbul edilir və soyad formalaşır. Azərbaycanlılar arasında soyadın formalaşması tarixi isə XVIII əsrə təsadüf edir və XX əsrə qədər formalaşmağa davam edir. Bəs soyadın tərifi nədir? Soyad bir nəsildən olan adamları başqa nəsillərdən olan adamlardan fərqləndirən başlıca və əsas amildir. Soyad şəxsin ailəsini və nəslini, cinsini, geniş mənada isə milliyyətini bildirə...

"Güzəştlər məhdudiyyətlə"

Düzünü desəm, Gürcüstanda yaşayan etnik azlıqların problemlərini ayrıca müstəvidə müzakirə etmək mənə çox da xoş deyil. Təəssüf olsun, bu gün dövlət siyasəti elə planlanlaşdırılıb ki, biz ortaq problemlərimizi ümumiləşdirə bilmirik. Birgə cəmiyyət yaratmaq cəhdi də, istəyi də heç olmayıb. Biz Gürcüstanda “çoxluq və başqalarıyıq”! “Ümumi Təhsil Haqqında” Gürcüstan qanunvericiliyinin 4-cü maddəsi Gürcüstanda yaşayan etnik azlıqların ana dillərində ümumi təhsil almaq imkanları verir. Ancaq onlar məktəbi bitirdikdən sonra dövlət dilində danışa bilmirlər. Məktəblərdə gürcü dili tədrisinin səviyyəsi olduqca aşağıdır. Çoxluq isə etnik azlıqları dövlət dilini bilmədiklərinə görə alçaldır, təhqir edir ancaq bütün bunların səbəbləri ilə heç vaxt maraqlanmırlar. Bəli, hər bir şagirdin keyfiyyətli təhsil almaq hüququ var. Lakin dövlət bu baxımdan etnik azlıqların məskunlaşdığı regionlarda təhsilin və gürcü dilinin öyrənilməsinin keyfiyyətini təmin edə bilmir. Müvafiq olaraq 2009-cu ildə təzminat v...

შეღავათები შეზღუდვებით

Image
  სიმართლე გითხრათ, დიდად არ მსიამოვნებს საქართველოში მცხოვრები ეთნიკური უმცირესობების პრობლემების ცალკე კონტექსტში განხილვა. სამწუხაროდ, დღეს სახელმწიფო პოლიტიკა ისეა დაგეგმილი, რომ ჩვენ ვერ ვაზოგადებთ    ჩვენს საერთო პრობლემებს.    ერთობლივი საზოგადოების შექმნის არც მცდელობა, არც სურვილი არ ყოფილა. ჩვენ    საქართველოში „უმრავლესობა და სხვები“ ვართ!     „ზოგადი განათლების შესახებ“ საქართველოს კანონის მე-4 მუხლი საქართველოში მცხოვრებ ეთნიკურ უმცირესობებს    მშობლიურ ენაზე ზოგადი განათლების მიღების უფლებასა და საშუალებას აძლევს. მაგრამ ისინი სკოლის დამთავრების შემდეგ სახელმწიფო ენას კარგად ვერ ფლობენ, სკოლებში ქართული ენის სწავლის დონე ძალიან დაბალია.    უმრავლესობა კი ეთნიკურ უმცირესობებს მუდამ სახელმწიფო ენის არცოდნის გამო ამცირებს, ლანძღავს, მაგრამ არასოდეს ინტერესდება ამ ყველაფრის მიზეზით. დიახ, ყველა მოსწავლეს აქვს უფლება, მიიღოს ხარისხიანი განათლება. მაგრამ სახელმწიფო ამ მხრივ ვერ აკმაყოფილებს ეთნიკური უმცირესობების დ...

Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...!

  Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...! Artıq illərdir Kvemo Kartli bölgəsində xüsusən də Marneulidə azərbaycanlıların kimlik, mədəniyyət və bərabərlik məsələləri ciddi problem kimi qeyd olunmaqdadır. Təssüflər olsun ki, istər mərkəzi istər yerli hakimiyyət etnik azlıqlarla bağlı qəbul etmiş olduğu beynəlxalq müqavilələrdəki maddələri yerinə yetirmir və öz aktiv siyasətinin tərkib hissəsinə qatmır. Şəxsən bir Marneuli sakini olaraq öz mədəniyyətimi, kimliyimi qorumaq üçün Marneuli Bələdiyyəsinin büdcəsindən yararlana bilmirəm. Ətrafıma baxdığım zaman etnik kimliyimi xatırladan və əks etdirən bir şey görə bilmirəm. İcmalardakı mədəniyyət evləri bir neçə il sonra baxımsızlıqdan torpağa qatılacaq, normal vəziyyətdə olanları da çayxana və anbar kimi istifadə olunur. Doğurdanmı azərbaycanlı icması bu təhqirə layiqdir? Mən başqa millətlərə aid olan mədəniyyət evləri haqqında danışmıram çünki onların belə problemi yoxdur. Onların kəndlərində konsertlər, poeziya gecələri keçir...

Charla: feminismo y diversidad en Medio Oriente

Image

Yerli inkişafın əhəmiyyəti və bu sahədə olan çatışmamazlıqlar

Image
  İnkişaf kəmiyyət və keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkətə deyilir. Bu hərəkət təbii ki, özündə müəyyən qrupların ortaq fəaliyyətini nəzərdə tutur. Biz məsələyə uzaq inkişaf perspektivindən deyil öz yaşadığımız kiçik ərazilərin inkişaf hərəkətlərinə baxaraq bunu daha yaxşı təsbit edə bilərik. Ona qədər yerli inkişafın üç əsas hissəsinə, dövlət sektoru, biznes və vətəndaş cəmiyyətinə toxunaq. Bu üç hissədən biri ümumi məqsəd və plandan çıxarsa inkişaf öz rolunu həyata keçirə bilmir və müvafiq olaraq kəmiyyət və keyfiyyəti göstəricisi də bir yerdə sıfırlanıb qalar. Keçmiş sovet ölkələrinin inkişaf dinamikasına baxanda görərik ki, onlar Qafqaz ölkələrini xeyli keçib, ola bilsin ki, iqtisadi və islahat baxımından bir neçə məsələdə biz daha ön sıralara sahiblənmişik amma vətəndaş cəmiyyəti prosesində çox geridə qalmağa davam edirik. Bunun bir neçə səbəbləri ola bilər. Ən çox görünən uzun illik sovet düşüncəsinin insaların beyninə həkk olunması və ümumi prinsip və dəyərlərin ...

Keçmişlərimiz

  Bu gün qərara gəldim ki, evə gedim bir az dincəlim və indi yazacağım hadisə haqqında daha geniş yazım və birdə baxdım ki, bu gün kəndimizdə hadisəyə yaxın hadisə baş verib. Bir məsələ ilə bağlı təsirlərin qiymətləndirilməsi üzrə araşdırma aparmalıydım və müsahiblərim içində təsadüfən bir adam tanış gəldi və bu adam 19 il bundan əvvəl 14 yaşlı məktəblini qaçırtmaq üçün bir çox cəhdlər etmişdir və təsadüflər nəticəsində o uşaq xilas olmuşdur. 7-ci sinifdə oxuyurdum. Başqa uşaqlar kimi indi mənim də növbəm gəlmişdir. Mənim də qaranlıq günlərim başlamışdır, mən gələcək üçün xəyallar qurarkən kimlərsə mənim gələcəyimi əlimdən almaq üçün xəyallar qururmuş. Cümə axşamları bizə qəribə qadınlar gəlməyə başlayırdılar, bu qadınlara yox cavabı veriləndən sonra məktəbimizin və məhləmizin yollarında içi qara gədələrlə dolu qara maşın peyda olmağa başladı. İki ay məktəbə getmək problemim yarandı və sonra iki kilometrlik yolu getmək üçün əlavə maşın tutulması qərarı verildi. Bütün sinif yoldaşla...

Gürcü dili öyrənmək bizi doğurdanmı xilas edəcək?

  Hər zaman Gürcüstan azərbaycanlılarının problemlərinin müzakirəsində istər yerli istər xarici qurumlar gürcü dili məsələsini önə çəkir. Gürcüstan vətəndaşı olaraq təbii ki, bu fikirlə tam razı deyiləm amma dil öyrənməyin olduqca vacibliyini isə yüksək şəkildə vurğulayıram. Bir neçə faktora diqqət göstərmək istəyirəm. - Öz ana dilində təhsil ala biməyən şəxslər öz kimliyini dərk etmir, milli ruhu hiss edə bilmir. Buna əks olaraq bir neçə istisna nümunə gətirməklə biz real problemi gizlədə bilmərik. Bəs bunlar nə kimi yeni problemlərə yol açır? - Problemin düzgün müəyyənləşməməsi; - Prioritetlərin yer dəyişkənliyi; - Kiçik münaqişlərin yaranması; - Resursların qeyri-bərabər bölünməsi; - İnkişaf edən dünyada sosial problemlərlə məşğul olmaq səviyyəsində qalmaq. Bəlkə Gürcüstan nümunəsi bir çoxları üçün tam aydın deyil amma bir neçəsi haqqında danışmaq istəyirəm. Dil öyrəndikdən sonra biz iş yerlərində hamı kimi işləyə biləcəyikmi? - Son illərdə işə qəbul olma, nə dil, nə savad nə də...

Vətənsiz qəriblər

Ağır müharibə dövrü idi. Xalq öz yurd yuvalarını doğma torpaqlarını tərk edib gedirdilər. Ölkədə aclıq, xəstəlik hökm sürürdü, düşmən əsgərləri ölkəyə soxulub xalqın var- yoxunu talan edib ölkəyi xarabaya çevirirdi. Anaların fəryadı, körpələrin ağlamaqları biri – birinə qarışmışdı. Ölkənin şərq hissəsində vəziyyət daha dözülməz həddə çatmışdı.İnsanlığa qarşı hər çirkin əməli törədən düşmən əsgərləri körpələr belə acımayıb öldürürdülər. Ölkəni xaos bürümüşdü. Birdən iki tərəfli atışma səsi gəldi hamı təcübləndi ki görəsən bizə köməyə gələn kimlərdi. Ölkənin şərq hisəssində qonşu ölkədən bir qrup könüllü dəstə insanlara köməyə gəlib,amma onları heç kəs tanımırdı ki,kimlərdi əllərində silah düşmənə qarşı vuruşurdular. İnsanlara çox səmimi davranırdılar, onların qolundakı qara bağlar hamının diqqətini cəlb edirdi, ancaq kimdirlər haradan gəliblər heç kimə məlum deyildi, əslində heç bunu müzakirə etməyin də yeri deyildi, caamat qorxu içində idi, gecə yatmağa belə qorxurdular, Artıq 10 gün...

Köhnəlmiş arzular

Zəng vuruldu, müəllim bikef halda içəri daxil oldu, şagirdlərə salam verib əyləşdi. Nədənsə bu gün müəllimə çox dalğın görünürdü, əslində Minarə müəllimə çox mehriban, səmimi müəllimə idi, hər hansı məsələdən canı sıxqın olsada qarşısındakı insana biruzə verməzdi, dodaqaltı gülüşlə heçnə olmamış kimi mövzudan yayınardı. Sinifdə Minarə müəlliməyə ən çox hörmət edən sinif əlaçısı Yadigar idi, müəllimə bu uşağın tərbiyəsinə, çalışqanlığına heyran qalmışdı, Yadigarı hedsiz çox sevirdi ancaq başqa uşaqlara pis gəlməsin deyə biruzə verməzdi. Həmişə olduğu kimi müəllimə dərsə başladı, ancaq heç özünü ələ ala bilmirdi, tez tez gözləri yol çəkir, yuxuda qorxub oyanmış kimi həyacan basırdı. Uşaqlarla bir azköhnə dərs haqqda sual cavab etdi, yeni mövzuya keçdi. Yeni mövzu- məktəbdə Ana vzusu haqqında müsabiqə keçiriləcək, uşaqlar bu haqqda şer, hekayə nəsə istəsəniz yazın, müdiriyyətə təqdim edin. Zəng fasiləsində Minarə müəllimə mövzunu dəyişmək üçün müdirlə nə qədər söhbət etsədə kobud müdir ra...

Kasıb qızın acı dramı və arzuları

Image
Arzuların əsirinə çevrilmiş bu qızcığaz real həyatdan uzaqlaşıb özünə mənasız xəyal dünyası qurmuşdu. Erkən yaşında atasını itirən və anasının himayəsində böyüyən bu qız həyatda yaşamağın və ailə dolanışının nə qədər çətin olduğunu anlamayır öz boş xəyallarıyla yaşayıb ömrünün xoş təravətli uşaqlıq illərini bədbin düşüncələrinə qurban vermişdi. Amma lap dərindən düşünsək bəlkə də bu taleysiz gəncə haqq qazandırmaq olar, özündən böyük bir bacısıda vardı kasıbçılıq bu körpə bacını da susdurmuşdu, arzularını şüşə parçası kimi çilik – çilik etmişdi. Çox çətinliklə yaşam tərzləri olub, soyuq boş ev, bir qarını ac bir qarını tox, başqa uşaqlar kimi boş vaxtını keçirmək üçün bir oyuncaqı da yox, ürəyindən keçən şirniyatı belə almağa pullari olmayan sadəcə hər şeyi xəyalından keçirən bu zavallılar hər şeyi bir qırıq pəncərə arxasından izləyirdilər. Maddi vəziyyətləri o qədər pis idi ki, uşaqlar normal qidalanmadıqları üçün xəstə idilər, psixoloji durumları da düzgün deyildi. Xeyir sevən insa...

Özgə dünyanın tənha sakini

Qarlı qış gecəsi idi. Bir yandan şaxta, bir yandan da küləyin əsib coşması, gecənin qaranlığında kabus kimi pəncərəni döyüb taqqıltatması şirin yuxuları gözlərdən qovmuşdu. Hamı soyuq qış gecəsinin dəhşətli soyuğunda şaxtanın məhbusuna çevrilmiş kimi evin bir küncündə oturub, hər kəs qara fikirləri qovmaq üçün başını bir şeylə qatırdı. Nədənsə heç insan səsi eşidilmir. Yaxın qonşulardan belə səs gəlmir, elə bil hamıya əmr olunub ki, danışmaq olmaz. Divanın künc tərəfində xalçanın üstündə hardasa 17 -18 yaşında sarışın bir qızcığaz oturmuşdu, otaq qaranlıq olduğundan hər şeyi aydın görə bilmirdim, pəncərədən düşən şimşəyin işıqı onun üzünə düşür, diqqətimi ondan çəkə bilmirdim, gözləri dolmuşdu. Mən onu bir neçə dəqiqədən bir şimşək çaxanda üzünü və onun nə fikirləşdiyini görür və hiss edirdim. Yanaqlarından damcı ilə axan yaş şimşək işıgında gümüş kimi gözlərində parıldayırdı, onun gözlərindən elə yaş axırdı ki, amma heç nə səsi gəlirdi, nə də kin üzündə heç bir tərpəniş yox idi. Art...