Qorxulu müqəddəs ailə sistemi
Ailə, ocaq özümüzü bütün təhlükələrdən qorumaq üçün sığındığımız müqəddəs yerimizdir. Amma böyüdükcə biz qaçmaq istəyirik. Valideyinlərimizin bizə qarşı münasibəti bizi sıxır. Bizi fərd kimi görməməsi, öz tabeliyində bir idarə etdiyi sistem kimi yanaşması yeni aqresiyalara yol açır. Bütün bunlara rağmən biz etiraz etmədən asılı bir ömür keçirməyə razılaşa bilirik. Hər bir etirazımız bizə ağır başa gəldikcə sonrakı etirazların ölçüsü azalaraq sonra etiraz hissimiz yoxa çıxır. Biz səhv edə bilmərik, olmaz. Səhv və etiraza valideyinlərimiz bizə qışqıraraq və ya döyərək reaksiya verib. Ancaq filmlərdə görürük ki, əslində səhv edən uşağı döymürlər ona izah edirlər, onu şəxs kimi şöhrətləndirib onunla söhbət edirlər. Hətta məktəbdə müəllimlərimizdə valideyinlər kimi davranır, çünki onlarda elə bizim icmanın bir üzvüdürlər, bizdən biridirlər. Sonralar bütün başqa institutlara qarşı bizdə etiraz qorxusu yaranıb və tələb etməkdən qorxmuşuq. Edəcəyimiz səhvin bizə gətirmiş old...